Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
Kriminal
16
10:53, Bu gün

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər