Baş idarə əməliyyat keçirdi: 10 kiloqram narkotik aşkarlandı
Kriminal
136
12:23, Bu gün

Baş idarə əməliyyat keçirdi: 10 kiloqram narkotik aşkarlandı

Bakı və Abşeronda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
 
Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar.
 
Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
 
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
 
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər