Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q.-nin cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda "Beynəlxalq Avtovağzal Kompleksini"nin hotelində baş verib.
1989-cu il təvəllüdlü Əsmət Qasımovanın qaldığı hoteldə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub
Həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub.
Araşdırmalarla məlum olub ki, o, anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı hoteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib. Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.
A.Q.-yə qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb.