Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı
Kriminal
142
16:09, Bu gün

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş - 17 il iş aldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
 
Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb. Deyib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. M. Hüseynov əməlindən peşman olduğunu da əlavə edib.
 
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
 
Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər əks olunan görüntülər sosial şəbəkələrdə yayılmışdı. /Qafqazinfo.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər