İstirahət mərkəzinin pullarını mənimsəyənə hökm oxundu
Kriminal
196
13:44, Bu gün

İstirahət mərkəzinin pullarını mənimsəyənə hökm oxundu

"Xəzri" istirahət və sağlamlıq mərkəzinin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
 
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilərək Mahir Saadov 9 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı Mahir Saadovun müəyyən vəzifə tutmaq hüququndan 11 il müddətinə azadlıqdan məhrum edilməsini və dəymiş zərərin ondan tutularaq müvafiq quruma ödənilməsini məhkəməyə təklif etmişdi.
 
Qeyd edək ki, ittihama görə, Mahir Saadov həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.
 
Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma - ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər