Xırdalanda kişi boşanmaq istəyən arvadını vəhşicəsinə döydü
Kriminal
197
13:44, Bu gün

Xırdalanda kişi boşanmaq istəyən arvadını vəhşicəsinə döydü

Abşeronda kişi arvadını döyüb.

Moderator.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Ş. Əzizova küçəsində qeydə alınıb.

38 yaşlı Şükür Sarıyev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını döyüb. Buna səbəb isə qadının evə gec gəlməyi və nikaha xitam vermək istəməsi olub. Bu mövzuda aralarında yaranan mübahisə zamanı kişi sillə və yumruq zərbələri arvadını möhkəm döyüb. Nəticədə qadın bir sıra xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin şikayəti əsasında Şükür Sarıyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Məhkəmə istintaqında isə tərəflər barışıblar və zərərçəkən şikayət etmədiyini bildirib.

Abşeron rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Şükür Sarıyev məsuliyyətdən azad olunub.

Link kopyalandı!
Son xəbərlər