Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, Gənə sakini bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü Tural İsmayılov bıçaq yarası ilə xəstəxanalardan birinə gətirilib. Əməliyyat olunub, vəziyyəti kafidir. İlkin məlumata görə, onu qonşusu bıçaqlayıb.
Faktla bağlı araşdırma başlanılıb.