Bərdədə ƏMƏLİYYAT: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar TUTULDU
Kriminal
305
19:13, Bu gün

Bərdədə ƏMƏLİYYAT: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar TUTULDU

Bərdədə qadını əxlaqsızlığa cəlb edən şəxsə cinayət işi açılıb.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində yerləşən kafedə əməliyyat keçiriblər.

Nəticədə kafenin icarədarının xidmətçi qadını (xadimə) fahişəliyə cəlb etdiyi məlum olub.

Faktla bağlı icarədar, 58 yaşlı Manaf Quliyev (ad və soyad şərtidir) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir qazanmaq niyyətilə fahişəliyə cəlbetmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etmə) maddələri ilə cinayət işi açılıb.

İttiham aktına görə, kafenin icarədarı olan Manaf Quliyev gündəlik 15 manat maaş qarşılığında xidmətçi kimi işə götürdüyü 51 yaşlı qadını fahişəliyə cəlb edərək 30 yaşlı müştəri ilə görüşdürüb. Bunun qarşılığında həmin müştəridən 20 manat alıb. Pulun yarısı özünə, yarısı isə zərərçəkən qadına çatıb.

Məhkəmə istintaqı zamanı sübut edilib ki, təqsirləndirilən Manaf Quliyev xidmətçi kimi işə götürdüyü Daşkəsən rayon sakini 51 yaşlı qadını müştəriyə təqdim edərək onu fahişəliyə cəlb edib.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə Manaf Quliyev barəsində 480 saat ictimai işlər cəzası verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər