Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Kriminal
239
11:16, Bu gün

Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.
 
Cinayət işinin məhkəmə baxış iclası noyabrın 25-nə təyin edilib.
 
Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər