9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - FOTO
Kriminal
296
13:27, Bu gün

9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - FOTO

2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.
 
DİN-in Mətbuat xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.
 
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.
 
Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər