DTX-nin həbs etdiyi Azər Səricanovun oğluna HÖKM OXUNDU - Fazil Mustafaya qarşı sui-qəsd cəhdi…
Kriminal
147
12:35, Bu gün

DTX-nin həbs etdiyi Azər Səricanovun oğluna HÖKM OXUNDU - Fazil Mustafaya qarşı sui-qəsd cəhdi…

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Əbülfəz Səricanov DTX tərəfindən həbs edilib.
 
Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub. (Oxu.az)
Link kopyalandı!
Son xəbərlər