Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da müsadirə edildi
Kriminal
228
13:39, Bu gün

Rüfət Hacıyevə hökm oxundu - Əmlakı da müsadirə edildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin məhkəmə araşdırması başa çatıb.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hökmə əsasən, Rüfət Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Onun üzərinə həbs qoyulmuş əmlakı da dövlət nəfinə müsadirə edilib.
 
Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə razılaşmayıb. O, hökmdən apellyasiya şikayəti verib.
 
Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən alıb.
 
Eyni zamanda, o, qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarına müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər