Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI
Kriminal
403
11:10, Bu gün

Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI

Ali Məhkəmədə avtomobillə ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
 
Xatırladaq ki, hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
 
Belə ki, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi "Ford Mustang" markalı avtomobili ilə 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədovanı və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu vurub. Nəticədə uşaq ölüb.
 
Telman Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib və təmin olunmayıb.
 
Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir. Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər