Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Fərrux İmranovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Fərrux İmranov Bakıda qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olan MMC-lərin birində 11 mart 2020-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləyib. O, həmin məhsulların satışından əldə etdiyi pullardan 75 899 manatı mənimsəyib.
Məhkəmə iclasında Fərrux İmranov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, atası sağ olarkən 2010-2020-ci illər aralığında 4 dəfə ürəyindən əməliyyat olunduğu üçün maddi durumu aşağı olub. Məhsullara görə verilən pulları kassaya verməyib. Vurulan zərərdən ümumilikdə 10 000 manat pul ödəyib.