Bizi sosial şəbəkələrdən izləyin:
Mingəçevirdə 35 yaşlı qadın yaşadığı binanın qarşısında bıçaqlanıb.
Moderator.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində Yadigar Mənsurov küçəsində binanın bloku önündə baş verib.
1991-ci il təvəllüdlü Bəkirova Aytən Əziz qızı çoxsaylı bıçaq xəsarətləri alıb. Sifət, qol və qulaq nayihəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yaralı qadın komotoz vəziyyətdə təcili xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən qadının əri Tural Bəkirov saxlanılıb.
Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanıb.