Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
Kriminal
889
24 Oct 2025 | 10:29

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər