Bizi sosial şəbəkələrdən izləyin:
Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.