Bakıda dəhşətli qətl: qadın ərini ov silahı ilə öldürüb həyətdə basdırdı
Kriminal
438
15:47, Bu gün

Bakıda dəhşətli qətl: qadın ərini ov silahı ilə öldürüb həyətdə basdırdı

Bakıda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.
 
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
 
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
 
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər