Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı
Kriminal
720
10:23, Bu gün

Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı

Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər