Xaçmazdakı qətllə bağlı rəsmi məlumat
Kriminal
502
12:20, Bu gün

Xaçmazdakı qətllə bağlı rəsmi məlumat

Oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Xaçmaz rayon prokurorluğundan Moderator.az-a bildirilib ki, araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər