Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
Kriminal
234
10:28, Bu gün

Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı

Oktyabrın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
DİN-in Mətbuat XidmətindənModerator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər