Xaricdə yaşayan blogerlərin məhkəməsi başladı
Kriminal
444
11:56, Bu gün

Xaricdə yaşayan blogerlərin məhkəməsi başladı

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının barələrində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
 
Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Proses oktyabrın 24-də davam etdiriləcək.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib
Link kopyalandı!
Son xəbərlər