11-ci sinif şagirdləri arasında mübahisə - Bıçaqlanan var
Kriminal
424
10:32, Bu gün

11-ci sinif şagirdləri arasında mübahisə - Bıçaqlanan var

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
 
Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər