Hacıqabulda narkokuryerlik edən şəxs saxlanıldı
Kriminal
525
14:34, Bu gün

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
 
Məlumata görə, ondan 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.
 
Link kopyalandı!
Son xəbərlər