Bizi sosial şəbəkələrdən izləyin:
Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Moderator.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.
Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Cütlüyün üç oğlu var.
Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün "TikTok" səhifəsində video paylaşaraq açıqlama verib.
13:01
Tovuzda qadın əri tərəfindən qətlə yetirilib.
Moderator.az-ın məlumatına görə, hadisə Əyyublu kəndində baş verib. Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu qısqanclıq zəmnində arvadı 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızını bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisəni törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.