Xırdalanda 19 yaşlı oğlanın qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
Kriminal
476
12:10, Bu gün

Xırdalanda 19 yaşlı oğlanın qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı

Oktyabrın 15-də saat 3 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a Abşeron Rayon Prokurorluğundan bildirilib.
 
Məlumata görə, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər