Sabiq YAP funksionerinin dələduzluqda təqsirləndirilən oğluna hökm oxundu
Kriminal
462
13:13, Bu gün

Sabiq YAP funksionerinin dələduzluqda təqsirləndirilən oğluna hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şamil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, təqsirləndirilən Şamil Cəfərzadə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
 
Qeyd edək ki, ittihama görə, Şamil Cəfərzadə dayısına qarşı dələduzluqda təqsirləndirilib. Belə ki, müttəhimin xarici ölkədə yaşayan dayısı Farxad Mamedov Azərbaycanda açdığı şirkət üçün "Azinko" yaşayış kompleksində yeni tikilən binada 165 kvadratmetr sahəlik mənzilin 3 ədəd qarajla birlikdə alınması üçün bacısı oğluna 220 min dollar verib. Lakin Şamil Cəfərzadə həmin vəsaiti talayıb.
 
Cinayət işi üzrə təqsirləndirilən Şamil Cəfərzadə özünü iş üzrə təsirli bilməyib və irəli sürülən ittihamları qəbul etməyib.
 
Təqsirləndirilən Şamil Cəfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) ittiham irəli sürülüb.
 
Şamil Cəfərzadə Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sabiq sədri Elçin İsmayılovun oğludur.
Link kopyalandı!
Son xəbərlər