Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı
Kriminal
471
10:54, Bu gün

Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər