Toyda içib dava saldı, dayısı oğlunu bıçaqladı
Kriminal
524
08:50, Bu gün

Toyda içib dava saldı, dayısı oğlunu bıçaqladı

Yevlaxda toyda dava düşüb, bir nəfər bıçaqlanıb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonu ərazisindəki "Gül" şadlıq sarayında baş verib.
 
Rayon sakini Rüstəm Babayev qohumunun toy məclisində həddindən artıq spirtli içki qəbul edib, sonra qonaqlarla mübahisə etməyə başlayıb. Bunu görən Rüstəmin dayısı oğlu Oqtay Kazımov onun yanına gələrək, az içməsini tapşırıb. Rüstəm isə ona məhəl qoymadan yenidən araq içməyə davam edib.
 
Bir neçə saatdan sonra Rüstəm tam sərxoş vəziyyətdə toydakı şəxslərdən birinə söz atıb. Bunu görən Oqtay yenidən ona yaxınlaşıb və sinəsindən tutaraq, evlərinə getməsini tapşırıb. Bundan sonra Oqtay özü məclisi tərk edərək evinə gedib. Hadisədən əsəbiləşən Rüstəm evinə gələrək, bıçaq götürüb Oqtaygilə gedib, həyətdə qışqıraraq onu çağırıb. Səsə Oqtayın həyat yoldaşı evdən çıxıb və ərinin evdə olmadığını deyib.
 
Rüstəm bunu eşidincə, Oqtayın ünvanına söyüşlər səsləndirib. Bu zaman Oqtay evdən çıxaraq, döşəmə ağacını götürüb Rüstəmin üstünə gəlib və onu itələyib həyətdən çıxarmaq istəyib. Bu vaxt Rüstəm bıçaqla Oqtaya hücum edib, onu yerə yıxıb, cibindəki bıçaqla zərbələr endirib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Rüstəm Babayev saxlanılaraq istintaqa təhvil verilib.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Link kopyalandı!
Son xəbərlər