Mehdiabadda
Kriminal
251
15:58, Bu gün

Mehdiabadda "Gənclər şəhərciyi"ndə qətl, 60 yaşlı kişi öldürüldü

Abşeron rayonu Mehdiabad qəsəbəsində 60 yaşlı kişi qətlə yetirilib.
 
Hadisə qəsəbə ərazisindəki "Gənclər şəhərciyi"ndə baş verib.
 
Həmin qəsəbədə yaşayan, 1965-ci il təvəllüdlü Maşallah Qoçəli oğlu Səfərov bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər