Bakıda qardaş 14 yaşlı bacısına təcavüz etdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Kriminal
268
15:55, Bu gün

Bakıda qardaş 14 yaşlı bacısına təcavüz etdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Bakıda qardaş 14 yaşlı bacısına qarşı seksual hərəkətlər edib.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Qədir Əkbərov (adı və soyadı şərtidir) 2008-ci il təvəllüdlü bacısına qarşı seksual hərəkətlər edib.
 
İttihama görə, Qadir Əkbərov ilk dəfə 15 yaşı olanda, yəni 2015-ci ildə bacısına qarşı seksual hərəkətlər edib. Həmin vaxt isə bacısının 7 yaşı olub. Q.Əkbərov bacısına kompüter oynamağa icazə verəcəyini söz verib və ona qarşı seksual hərəkətlər edib. Növbəti dəfə isə o, bacısı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlayıb.
 
Qədir 2020-ci ildə ailə həyatı qursa da, bacısı ilə yenə də qeyri-təbii yolla cinsi əlaqədə olmağı davam etdirib. 2022-ci ildə onlar babasının evində qeyri-təbii yolla cinsi əlaqədə olarkən, böyük bacıları Günel onları hadisə yerində yaxalayıb.
 
Bundan sonra Günel və cinsi zorakılığa məruz qalan qız polisə müraciət ediblər.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Q.Əkbərov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
 
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
 
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Məhkəmənin hökmü ilə Q.Əkbərov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Link kopyalandı!
Son xəbərlər