Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məcbur edən şəxsə hökm oxundu
Kriminal
674
10:40, Bu gün

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məcbur edən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Danyela Dəmirovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə D.Dəmirova doqquz il müddətinə azadlıqdan məhrum edilib.
 
İttiham aktına görə, D.Dəmirova dəfələrlə tamah niyyəti ilə qadınları aldadaraq, hədə-qorxu gələrək cinsi istismar məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirib.
 
Belə ki, o, 2024-cü ilin yanvar ayında tanışı olan zərərçəkmiş S.S.-i aldadaraq Türkiyənin Çanakkale şəhərində işlə təmin edəcəyini vəd edib. O, zərərçəkmişi cinsi istismar məqsədilə dövlət sərhədindən keçirib, Çanakkale şəhərində kirayə mənzilə yerləşdirdikdən sonra zor tətbiq etmək hədəsi və hədə-qorxu vasitəsilə kişi müştərilərlə pul müqabilində görüşməyə məcbur edib.
 
Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında eyni üsulla digər tanışı - zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) aldadaraq Türkiyənin Yalova şəhərində işlə təmin edəcəyini vəd edib, onu da cinsi istismar məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirib. Sonra Danyela zərərçəkmişi Türkiyədə yerləşdirdiyi mənzildə və müxtəlif otellərdə zor və hədə-qorxu tətbiqi ilə kişi müştərilərlə pul müqabilində görüşməyə məcbur edib.
 
Danyela Dəmirova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Link kopyalandı!
Son xəbərlər