Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabadda toy mərasimində bıçaqlanma hadisəsi olub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Telxas Telman oğlu İsrafilov bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.
Hadisəsini törətməkdə şübhəli bilinən, Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Xəqani Muradov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.