Yeniyetmənin qətli ilə bağlı rəsmi məlumat
Kriminal
247
13:10, Bu gün

Yeniyetmənin qətli ilə bağlı rəsmi məlumat

Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Gəncə şəhər prokurorluğundan Moderator.az-a bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti)  bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
 
B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər