On şokolada görə 9 il 6 ay həbs cəzası aldı
Kriminal
226
16:07, Bu gün

On şokolada görə 9 il 6 ay həbs cəzası aldı

Bakıda mağazadan satıcıya hədə-qorxu gəlib, xəsarət yetirməklə şokolad aparan şəxsin məhkəməsi başa çatıb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasda təqsirləndirilən Orxan Əliyev barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, ötən məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
İttiham aktına əsasən, hadisə 2024-cü ilin noyabrında "Al Market" mağazalar şəbəkəsinin Bakının Nizami rayonunda yerləşən filiallarından birində baş verib.
 
Orxan Əliyev mağazadan altı ədəd tez həllolunan qəhvə və 10 ədəd şokolad götürərək satıcının iradına məhəl qoymadan mağazanı tərk edib. Satıcı onun arxasınca gedərək saxlamağa çalışıb, lakin O.Əliyev əlindəki bıçaqla qadına hədə-qorxu gələrək qoluna xəsarət yetirib və hadisə yerindən qaçıb.
 
Hadisə barədə polisə məlumat verildikdən sonra Orxan Əliyev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində soyuq silahdan istifadə etməklə hədə-qorxu yolu ilə tələb etmə maddəsi üzrə ittiham irəli sürülüb.
 
Onu da qeyd edək ki, Orxan Əliyev əvvəllər də analoji cinayətə görə həbsdə olub.
Link kopyalandı!
Son xəbərlər