Bakıda 72 minlik dələduzluq edən şəxs azadlığa buraxıldı
Kriminal
342
13:28, Bu gün

Bakıda 72 minlik dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Taleh Kərimovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona 1 il 8 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.
 
İttiham aktına görə, Taleh Kərimov tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə bir neçə zərərçəkmiş şəxsi aldadaraq onlardan ümumilikdə 72 200 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
 
Belə ki, təqsirləndirilən şəxs əvvəlcədən müəyyən etdiyi niyyət əsasında zərərçəkmiş şəxslərə yalan vədlər verərək onların etibarını qazanıb. O, həmin şəxslərə müxtəlif vaxtlarda özünün heç bir səlahiyyəti olmadığı halda köməklik göstərəcəyini bildirərək onların pulunu qanunsuz şəkildə ələ keçirib.
 
Taleh zərərçəkmiş Q.Q.-yə yalan vəd verərək SOCAR-ın maliyyə şöbəsində işə düzəlməsinə kömək edəcəyini bildirib. Bu məqsədlə 2021-ci ilin may ayının sonunda zərərçəkmiş şəxsdən ümumilikdə 8 000 manat pul alıb.
 
Bundan başqa, zərərçəkmiş şəxs D.D.-yə MİDA-dan mənzil alınmasına kömək edəcəyini yalan vəd edərək etibarını qazanıb. Taleh bununla əlaqədar olaraq həmin şəxsdən ümumilikdə 27 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Bundan başqa, Taleh Kərimov digər 2 zərərçəkmişə eyni üsulla - mənzil almasına kömək edəcəyini bildirib. O, həmin şəxslərin hər birindən ayrı-ayrılıqda 18 600 manat pul alıb.
 
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Link kopyalandı!
Son xəbərlər