İsmayıllıda 53 yaşlı kişi qardaşı arvadını təhqir etdi, həbs olundu – TƏFƏRRÜAT
Kriminal
177
10:56, Bu gün

İsmayıllıda 53 yaşlı kişi qardaşı arvadını təhqir etdi, həbs olundu – TƏFƏRRÜAT

İsmayıllı rayonunda qardaşı arvadını təhqir edən şəxs həbs olunub.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İstisu kəndində baş verib.
 
Kənd sakini, 1972-ci il təvəllüdlü Əhməd Babayev qardaşının evinə gəlib. O, qardaşın;n həyat yoldaşı Məlahəti (ad-soyad şərti verilib – red.) təhqir edib.
 
Zərərçəkən bununla bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edib. Müraciət əsasında polis əməkdaşı onların evinə gedib.
 
Həmin vaxt təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədib, ərazidən uzaqlaşmağa çalışıb. O, qaçaraq polisin qanuni tələblərinə tabe olmayıb.
 
Şöbədə aparılan araşdırma zamanı Ə. Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada ittiham elan olunub.
 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisədən 2 gün öncə göbələk yığıb və qardaşına aparıb. Onun sözlərinə görə, qardaşı arvadının onun barəsində dedikləri şər və böhtandır.
 
Zərərçəkmişin sözlərinə görə, qaynı mütəmadi olaraq spiritli içki qəbul edib və yaşadıqları evə gələrək onu təhqir edib.
 
İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Link kopyalandı!
Son xəbərlər