Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı
Kriminal
329
10:52, Bu gün

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Sentyabrın  30-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər