Mehdiabadda küçədə çobanı bıçaqlayan şəxsə cəza verildi
Kriminal
187
09:53, Bu gün

Mehdiabadda küçədə çobanı bıçaqlayan şəxsə cəza verildi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Fərid Qafarovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə F.Qafarov 2 il 6 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.
 
Belə ki, Fərid Qafarov həmin vaxt tanış olduğu zərərçəkmiş Əli Budaqovla (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin ona və tanışlarının ünvanına nalayiq sözlər işlətməsi olub. Bu zaman Fərid Əliyə ucadan nalayiq ifadələr işlədib, əlindəki bıçaqla onun sağ bel və sağ bud nahiyələrinə zərbələr vuraraq xəsarət yetirib.
 
Bundan əlavə, Fərid Qafarov 6 fevral 2025-ci il tarixdə saat 10:50-də Abşeron rayonu Mehdiabad qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanıb. Təqsirləndirilən şəxsin əynindəki şalvarının sağ yan cibindən çəkisi 0.486 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, Əli Budaqov məhkəmə ifadəsində bildirib ki, səkkiz yaşından başlayaraq yaşadığı qəsəbədə heyvan saxlayıb, saxladığı heyvanların sahiblərindən pul alaraq dolanır.
Link kopyalandı!
Son xəbərlər