Şəmkirdə 24 yaşlı oğlan azyaşlı ilə münasibət qurdu: “Uşaq dünyaya gətirmək istəyirdik” – TƏFƏRRÜAT
Kriminal
499
14:47, Bu gün

Şəmkirdə 24 yaşlı oğlan azyaşlı ilə münasibət qurdu: “Uşaq dünyaya gətirmək istəyirdik” – TƏFƏRRÜAT

Şəmkir rayonunda 24 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.
 
Moderator.az "Teleqraf"-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 2001-ci il təvəllüdlü Cavidan yetkinlik yaşına çatmayan Dəryanı (adlar şərti verilib - red.) ötən il iyulun 15-də yaşadığı kənddəki evinə gətirib. O, avqustun 2-dək qızla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olub.
 
İstintaq orqanı tərəfindən Cavidanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
 
“Görüşmək istədiyini bildirdi”
 
İş üzrə ifadə verən təqsirləndirilən göstərib ki, Qazax rayonunun kəndində yaşayan Dərya ilə 2024-cü ilin mart ayında “İnstagram”da tanış olub:
 
“Dərya ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdım. İyulun 15-də saat 10 radələrində xatırlamadığım mobil nömrədən o zəng etdi, Şəmkir şəhər ərazisində “Bravo” marketin yanında olduğunu və mənimlə görüşmək istədiyini bildirdi. Saat 12 radələrində marketin yaxınlığına getdim, Dərya ilə görüşdüm”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Dərya ona “İnstagram” sosial səhifəsinə baxmağını və orada hər şeyi ona yazdığını deyib: “Sosial şəbəkədə səhifəmə daxil oldum. Dərya ailəsi ilə yaşaya bilmədiyini və mənimlə ailə qurmaq istədiyini yazmışdı. Mən də razılaşdım və onu yaşadığım evimizə gətirdim. Onunla yaşamağa başladım”.
 
“Zor tətbiq etməmişəm”
 
Cavidanın sözlərinə görə, iyulun 29-da saat 22 radələrində Dərya ilə onun öz razılığı əsasında dünyaya uşaq gətirmək məqsədilə cinsi əlaqədə olmağa başlayıblar:
 
“Həmin vaxt Dəryanın yaşının az olduğunu bilməmişəm, ona heç bir fiziki qüvvə və zor tətbiq etməmişəm”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 44 günlük Vətən müharibəsində iştirak edib, 3 medalı var: “Zərərçəkmişlə faktiki ailə münasibətlərindəyəm. O, hazırda 7 aylıq hamilədir, 18 yaşına çatdıqda onunla ailə qurmaq fikrim var”.
 
“Ailə qurmaq məqsədilə getməsini bildirdi”
 
İş üzrə zərərçəkmiş Dəryanın anası Elmiranın sözlərinə görə, Cavidanı əvvəllər tanımayıb: "Onu 2024-cü ilin iyul ayından tanıdım.
 
Gecə saat 3:30-da yaşadığım evdən çıxaraq Tovuz rayonu ərazisində tarladan karof yığmağa getmişdim. Kəndə qayıdanda qızımı evdə tapmadım. Qohumlarımdan qızımı görüb-görmədiklərini soruşdum. Müsbət cavab almadım.
 
Saat 19 radələrində qızım zəng etdi və ailə qurmaq məqsədilə Cavidan adlı şəxslə getdiyini bildirdi. Qazax Rayon Polis şöbəsinə ərizə ilə müraciət etdim, azyaşlı qızımın Cavidanla ailə qurmaq adıyla getməsi barədə məlumat verdim”.
 
“Cavidanla qalmaq istədi”
 
Elmira qeyd edib ki, həmin gün saat 23 radələrində Cavidanın anası İlhamə onların evinə gəlib:
 
“Qızımın ailə qurmaq məqsədilə oğluyla gəldiyini dedi. Ertəsi gün qızımla görüşdüm. Qızım evdə tək idi. Cavidanın işdə olduğunu dedilər.
 
Qızıma azyaşlı olduğunu bildirdim, evə gəlməsini tələb etdim. Lakin o, Cavidanla qalmaq və yaşamaq istədi”.
 
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
 
Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər