Yeniyetmə oğlana qarşı əxlaqsızlıq edən icarədara HÖKM OXUNDU
Kriminal
324
14:07, Bu gün

Yeniyetmə oğlana qarşı əxlaqsızlıq edən icarədara HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Pənah Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, təqsirləndirilən Pənah Rəfiyev 2024-cü ilin iyun ayından dekabrın 9-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində - yaşadığı ünvan yaxınlığında və icarə əsasında işlədiyi mağazada 2013-cü il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Hadisələr yeniyetmə oğlanın köməksiz vəziyyətindən istifadə etməklə təqsirləndirilən şəxsin seksual ehtirasını pozğun formada təmin etmək niyyəti ilə baş verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər