Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Kriminal
203
10:42, Bu gün

Dələduzluq edən qadınla bağlı qərar açıqlandı

Ali Məhkəmədə dələduzluq və dələduzluğa cəhddə təqsirləndirilən Gülnar Muradovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Gülnar Muradova aldatma və etibardan sui-istifadə etmə yolu ilə müxtəlif şəxslərin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

O, 2020-2021-ci illərdə Göygöl və Gəncə rayonlarında tanış olduğu şəxsləri aldadaraq, onlardan ümumilikdə 43 850 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib. Təqsirləndirilən şəxs onlara yalandan deyib ki, hüquq-mühafizə orqanlarında yüksəkvəzifəli tanışları vasitəsilə istintaq işlərini yüngülləşdirə və zərərçəkmişlərin azadlığa çıxmasına kömək edə bilər. Həmin vədlərə inandıraraq zərərçəkmişlərdən pul almağa nail olub. O, bir sıra hallarda isə məqsədinə çatmaq üçün elektron ödəniş sistemlərindən istifadə edib. Digər zərərçəkmişin ailə üzvlərindən də pul almağa cəhd göstərib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin o, 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər