Bizi sosial şəbəkələrdən izləyin:
Xırdalanda 55 yaşlı kişi həkimlərə qənim kəsilib. O, bir neçə gün ərzində 3 fərqli xəstəxanada həkimlərin pulunu və telefonunu oğurlayıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşamış Sədrəddin Əliyev (ad şərtidir) müayinə üçün Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron rayon Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanda bir az gəzdikdən sonra ilk fürsətdə həkim-kardioloqun otağından ona məxsus çantanı oğrulayıb. Çantada nağd pul və kartlar olub. S.Əliyev 450 manat nağd pulunu götürərək kartları zibil qutusuna atıb.
S.Əliyev daha sonra yenidən Abşeron rayon Mərkəzi xəstəxanasına gedib. Orada qeydiyyat şöbəsində çalışan xanımın mobil telefonunu oğurlayaraq 50 manata satıb.
Bir neçə gün sonra isə Xırdalanda yerləşən “Lab Center” klinikasından işləyən mədə-bağırsaq həkiminin otağından ona məxsus pul kisəsini oğurlayıb. Həkimin 650 manat nağd pulunu ələ keçirib. S.Əliyev klinikanın qarşısında dayanan zaman bir xanıma uşaq arabasını aparmaq üçün kömək edib. Klinikaya daxil olan S.Əliyev bir az orada gəzdikdən sonra qapısı açıq olana otağa daxil olaraq həkimin pul kisəsini götürüb.
Əməllərini etiraf edən S.Əliyev xəstə olduğu üçün bu yola əl atdını deyib. O, bağışlanmasını istəyib. S.Əliyev törətdiyi əməllərə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edlib.