Boşandığı həyat yoldaşının evini
Kriminal
625
17:51, Bu gün

Boşandığı həyat yoldaşının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı

Abşeronda boşandığı həyat yoldaşına "sənə sürpriz edəcəyəm" deyib, evinə alışqanla od vuran şəxsə hökm oxunub.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1980-cı ildə Bakı şəhərində anadan olmuş Qürbət Şahverdiyevin Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Qürbət həbsdən çıxıb və bundan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə birgə yaşadıqları mənzilə görə aralarında mübahisə yaranıb.

Qürbət içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yatağın üstünə tullayıb. Alışqanın sönməməsinə ehtimal verməyərək, siqaret çəkmək üçün həyətə düşüb. Daha sonra evinin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.

Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər