Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Kriminal
634
10:25, Bu gün

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Sentyabrın  8-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər