Xurmanın içərisində narkotik vasitə AŞKAR EDİLDİ
Kriminal
285
16:05, Bu gün

Xurmanın içərisində narkotik vasitə AŞKAR EDİLDİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
 
Məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman dörd ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0.730 qram qurudulmuş marixuana və 1.112 qram metamfetamin aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər