Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB
Kriminal
585
15:28, Bu gün

Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti məlum olub.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun 1-ci Şahsevən kəndi ərazisindəki kafedə şəxsi münaqişə zəminində baş verib.
 
Belə ki, kənd sakinləri, 1983-cü il təvəllüdlü Zamiq Nurəli oğlu Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Arif oğlu Məmmədov kafedə çay içərkən həmkəndliləri, 1988-ci il təvəllüdlü Ceyhun Rza oğlu Əhmədov hələlik şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərlə kafeyə daxil olub.
 
Ceyhun Əhmədov öncə kafedə sinif yoldaşı N.Məmmədova yaxınlaşıb və üzərində gəzdirdiyi avtomatla ona atəş açıb. C.Əhmədov daha sonra söhbətə müdaxilə etmək istəyən həmkəndlisi Z.Fərzəliyevə ayağından atəş açıb.
 
C.Əhmədov və yanındakı naməlum şəxs dərhal kafeni tərk edib hadisə yerindən uzaqlaşıblar.
 
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhmədov saxlanılıb. Hazırda hadisə yerindən qaçan digər şəxsin axtarışları davam etdirilir.
 
14:34
 
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.
 
Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 
 
Əlavə məlumat veriləcəkdir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər