Şəmkirdə qayınata kürəkənini qətlə yetirdi - YENİLƏNİB
Kriminal
389
11:50, Bu gün

Şəmkirdə qayınata kürəkənini qətlə yetirdi - YENİLƏNİB

Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Bu barədə Şəmkir Rayon Prokurorluğundan bildirilib.
 
Məlumata görə, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
 
09:36
 
Şəmkir rayonunun Sarıtəpə kəndində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
 
Moderator.az xəbər verir ki, kənd sakini 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni 1993-cü il təvəllüdlü Tural Abdullayevlə mübahisə edib.
 
Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb. Bu zaman S.Əsgərov kürəkəninə bir neçə bıçaq zərbəsi vurub. Həmçinin T. Abdullayev də qayınatasına bıçaqla xəsarət yetirib. Nəticədə kürəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
 
09:01
 
Şəmkirdə qayınata və kürəkən arasında düşən mübahisə ölümlə nəticələnib.
 
Moderator.az xəbər verir ki, hadisə Sarıtəpə kəndində qeydə alınıb.
 
Qaynata Bakı şəhərindən qonaq gələn kürəkənini mübahisə zəminində bıçaqla qətlə yetirib.
 
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər