Adəm Məmmədov azadlığa çıxdı
Kriminal
150
12:20, Bu gün

Adəm Məmmədov azadlığa çıxdı

Vəkillik fəaliyyəti dayandırılmış və həbs edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.
 
Moderator.az xəbər verir ki, Adəm Məmmədovun 6 aylıq cəza müddəti başa çatıb və azadlığa buraxılıb.
 
Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun qardaşı Xəyyam Məmmədova isə 5 ay müddətinə islah işləri cəzası verilmişdi.
 
Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər