Bizi sosial şəbəkələrdən izləyin:
Şəki Apellyasiya Məhkəməsində Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Qalib Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrında Ağdaş rayonunda baş verib. Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.
Hadisənin mülk üstündə mübahisə zəminində baş verdiyi bildirilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.